Əsas Səhifə > Dünya > “Avropa Birliyi cazibədarlığını itirdi” – AKP-dən açıqlama
“Avropa Birliyi cazibədarlığını itirdi” – AKP-dən açıqlama2-02-2020, 17:20 |
“Avropa İttifaqına təhdid kənarda yox, birliyin öz daxilindədir”. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Böyük Britaniyanının qurumdan rəsmən uzaqlaşmasından sonra deyib. Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasına münasibət bildirən AKP rəsmisi ittifaqın getdikcə öz cazibəsini itirdiyini vurğulayıb: “İndi məlum olur ki, Avropa İttifaqı üçün əsas təhdid daxildən qaynaqlanır. İslahat apara bilməyən Avropa İttifaqı özünü qoruya bilmir. Türkiyəyə qarşı fəaliyyəti ilə müqayisədə, digər məsələlərdə prinsipial ola bilməyən ittifaq getdikcə öz cazibəsini itirir”. Geri qayıt |