Əsas Səhifə > REGİON > Seyid Cəfər Ağayi: AEBA-nın baş direktorunu təcavüzə şərik hesab edirik

Seyid Cəfər Ağayi: AEBA-nın baş direktorunu təcavüzə şərik hesab edirik


23-06-2025, 14:46


İran AEBA-nın baş direktoru Rafael Qrossini İsrailin hücumlarına şərik hesab edir.

“Report” xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi mətbuat konfransında bildirib.

Diplomat R.Qrossinin rəsmi Tehranın nüvə silahı əldə etmək üçün səylərinə dair heç bir dəlil olmadığı barədə bəyanatının gecikmiş olduğunu deyib:

“Təəssüf ki, AEBA-nın baş direktoru Rafael Qrossi İsrailin təcavüzündən sonra gecikmiş şəkildə bəyan etdi ki, İranın sistematik şəkildə nüvə silahı əldə etmək üçün səylərinə dair heç bir dəlil yoxdur. Cənab Qrossi yanlış məlumat təqdim etməklə bu sistemə xəyanət edib və onu bu təcavüzə şərik hesab edirik”.


Geri qayıt