Əsas Səhifə > REGİON > Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır

Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır


23-06-2025, 13:15


Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İranla bağlı diplomatik həll yolunun tapılmasına diqqət yetirirlər, onlar həmçinin cavab tədbirləri və münaqişənin gərginləşməsi ehtimalından narahatdırlar.

Şəffaflıq.az-ın Avropa bürosunun məlumatına görə, bu barədə Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.

O qeyd edib ki, xüsusi narahatlıq doğuran məsələ İranın Hörmüz boğazını bağlama ehtimalıdır - bu, bütün tərəflər üçün son dərəcə təhlükəli və əlverişsiz olardı: "Biz artıq İran ətrafındakı vəziyyəti müzakirə etdik. Lakin, şübhəsiz ki, bu müzakirəni davam etdirəcəyik. Biz Yaxın Şərqdəki vəziyyəti daha geniş kontekstdə müzakirə edirik".

Qəzzadakı vəziyyət və İsraillə Assosiasiya Sazişinin 2-ci maddəsi ilə bağlı suala cavabında, o, bu məsələ üzrə icmalın hazır olduğunu qeyd edib: "Bütün üzv dövlətlər onu alıb. Biz müzakirəni davam etdirəcəyik”.


Geri qayıt