Əsas Səhifə > Hadisə > Həftəsonu vətəndaşların bank kartlarından 32 min manatdan çox pul oğurlanıb
Həftəsonu vətəndaşların bank kartlarından 32 min manatdan çox pul oğurlanıb23-06-2025, 10:23 |
Vətəndaşların bank kartlarından iyunun 21-də və 22-də 32 min manatdan çox pul oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, iyunun 21-də və 22-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub: "Oğurlanmış məbləğlər arasında 20000, 9500, 1731, 535, 393, 224, 89 və 72 manat kimi rəqəmlər qeydə alınıb. Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz". DİN vətəndaşları bir daha xəbərdar edir ki: Qeyd edək ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər. Şəffaflıq.az Geri qayıt |