Əsas Səhifə > REGİON > Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb21-06-2025, 14:19 |
Almaniya Xarici İşlər Nazirliyi (XİN) İranın paytaxtı Tehrandan Almaniya səfirliyini müvəqqəti olaraq qonşu ölkəyə köçürmək qərarına gəlib. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalına Almaniya XİN-dəki mənbə bildirib. Diplomatik missiyasının hansı ölkəyə köçürüldüyü rəsmi olaraq açıqlanmır. Nazirlik əməkdaşların təhlükəsizliyinin əsas prioritet olduğunu qeyd edib. "Yaxın Şərqdəki xarici nümayəndəliklərimizin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yerlər üçün əlavə zəruri tədbirlər qəbul edilib", - mənbə vurğulayıb. Geri qayıt |