Əsas Səhifə > Hadisə > Yevlaxda 12 otaqlı evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
Yevlaxda 12 otaqlı evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib21-06-2025, 09:16 |
Yevlax şəhərində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 12 otaqlı evin 7 otağının yanar konstruksiyaları 200 m² sahədə yanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, yüksək temperaturdan dam örtüyünün taxta atmaları 7 m² sahədə qarsalanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Geri qayıt |