Əsas Səhifə > Dünya > ABŞ-dan daha 3 ölkəyə - Qadağa

ABŞ-dan daha 3 ölkəyə - Qadağa


1-02-2020, 23:34

 

Afrikanın üç ölkəsi – Tanzaniya, Nigeriya və Eritreyanın vətəndaşları ABŞ-a səyahət edə bilməyəcəklər.

ABŞ Prezidenti Donald Trampın bu barədə Konqresə təklifi açıqlanıb.

Siyahıda Afrika ölkələri ilə yanaşı Qırğızıstan, Myanma da yer alıb.

Bundan əvvəl – 2017-ci ildə daha iki Afrika ölkəsinə qarşı bu cür qadağa tətbiq olunub. ABŞ-a səyahət edəcək dörd ölkədən üçünün əhalisinin əksəriyyəti müsəlmanlardır. Ağ Ev bu qərarını ekstremizmə və cinayətkarlığa qarşı mübarizə ilə əlaqələndirsə də, Konqresdə Koloradodan olan təmsilçi, nigeriyalı qaçqın ailəsindən çıxmış Co Neguse bəyan edib ki, bu addım həmin ölkələrin əhalisinin müsəlman olması ilə bağlıdır. O, ABŞ Prezidentinin təklifini ayrı-seçkilik adlandırıb.

Konqresin spikeri Nensi Pelosi də Trampın qərarını sərt tənqid edib.

O qeyd edib ki, bu addım siyasət kimi qələmə verilən ayrı-seçkilikdir. Pelosi əlavə edib ki, Konqresdəki demokratlar bir neçə həftədən sonra ABŞ-ın immiqrasiya sistemində dini zəmində ayrı-seçkiliyin qarşısını alacaq qanun layihəsini təqdim edəcəklər.

Şəffaflıq.az
Geri qayıt