Əsas Səhifə > REGİON > Ukrayna Rusiyada PUA istehsalı ilə əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edib

Ukrayna Rusiyada PUA istehsalı ilə əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edib


20-06-2025, 16:35


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə əlaqəli şəxslərə və şirkətlərə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Sanksiyalar 56 fiziki və 55 hüquqi şəxsə şamil edilib.

Məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyi şəxslərin siyahısına Çindən 6, Belarusdan isə 1 hüquqi şəxs daxil edilib.


Geri qayıt