Əsas Səhifə > SON XƏBƏR > Bakıda yeniyetmə cüdoçular arasında təşkil olunan Liqa yarışının II turu başa çatıb
Bakıda yeniyetmə cüdoçular arasında təşkil olunan Liqa yarışının II turu başa çatıb20-06-2025, 16:32 |
Bakıda yeniyetmə cüdoçular (U-17) arasında təşkil olunan Liqa yarışının II turu başa çatıb. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilmiş turnirin sonuncu - üçüncü günündə daha 5 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Yarışda 94 klub və idman cəmiyyətindən olan 816 idmançı (651 oğlan, 165 qız) iştirak edib. Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq. Üçüncü gündə qeydə alınmış nəticələri təqdim edirik: Oğlanlar -81 kq -90 kq +90 kq Qızlar -48 kq -63 kq Geri qayıt |