Əsas Səhifə > Dünya > Fələstin ABŞ və İsrail ilə ƏLAQƏLƏRİNİ KƏSİR

Fələstin ABŞ və İsrail ilə ƏLAQƏLƏRİNİ KƏSİR


1-02-2020, 23:32

 

Fələstin ABŞ və İsrail ilə əlaqələrini kəsir.

Bu bəyanatla Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas çıxış edib.

Bu gün Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında çıxış edən Mahmud Abbas bildirib ki, ABŞ-ın planı məqsədəuyğun deyil və münaqişənin həllinə yardım etməyəcək. O deyib ki, Fələstin ABŞ ilə təhlükəsizliyin təmin olunması məsələsində də əməkdaşlıq etməyəcək.

Xatırladaq ki, Ərəb Dövlətləri Liqası ABŞ-ın “Əsrin sövdələşməsi” planını müzakirə etmək üçün bu gün Qahirədə təcili toplantı keçirib.

Şəffaflıq.az
Geri qayıt