Əsas Səhifə > SİYASƏT > Qaxın icra başçısı və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub
Qaxın icra başçısı və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub20-06-2025, 15:30 |
Qaxda saxlanılan icra başçısı və digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub. "Report"un əldə etdiyi xəbərə görə, icra başçısı Musa Şəkiliyev, müavinləri və digər vəzifəli şəxslər rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada şübhəli bilinir. DTX tərəfindən istintaq hərəkətləri davam etdirilir. 14:53 Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb. Hazırda onlar Bakıya gətirilir. Qeyd edək ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin saxlanılması ilə bağlı məlumatı "News24.az" saytı yaymışdı. Geri qayıt |