Əsas Səhifə > SON XƏBƏR > Diplomatlar və hərbi attaşelər Laçında “Gilabi Ceramics” yaradıcılıq mərkəzini ziyarət ediblər
Diplomatlar və hərbi attaşelər Laçında “Gilabi Ceramics” yaradıcılıq mərkəzini ziyarət ediblər20-06-2025, 15:06 |
Azərbaycanda akkreditə olunmuş diplomatlar qrupu, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri Laçında “Gilabi Ceramics” yaradıcılıq mərkəzini ziyarət ediblər. Bu barədə “Report”un Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, qonaqlar keramika istehsalı prosesi və emalatxananın işi ilə tanış olublar. Laçında yaradılan məmulatlar regionun mədəni irsini əks etdirir və bu əraziyə xas olan Azərbaycan mədəniyyəti elementlərinin populyarlaşdırılmasına xidmət edir. Geri qayıt |