Əsas Səhifə > SİYASƏT > Tovuzda Birinci Qarabağ müharibəsinin şəhidi Fuad Ələsgərovla vida mərasimi keçirilib

Tovuzda Birinci Qarabağ müharibəsinin şəhidi Fuad Ələsgərovla vida mərasimi keçirilib


20-06-2025, 14:49


Qalıqları Xocavənd rayonunda tapılan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fuad Cəfər oğlu Ələsgərovun meyitinin qalıqları Tovuz rayonuna gətirilib.

Şəffaflıq.az-ın Qərb bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Ağbaşlar kəndində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Fuad Cəfər oğlu Ələsgərov 1974-cü il martın 8-də Tovuzun Ağbaşlar kəndində anadan olub. O, 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.

F.Ələsgərov Ağbaşlı kənd qəbiristanlığında dəfn olunacaq.


Geri qayıt