Əsas Səhifə > MALİYYƏ > Təhsil Tələbə Krediti Fondu auditor seçir
Təhsil Tələbə Krediti Fondu auditor seçir20-06-2025, 14:13 |
Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib. Şəffaflıq.az xəbər verir ki, tenderdə iştirak haqqı 85 manatdır. İddiaçılar təkliflərini iyulun 11-nə qədər Fondun yerləşdiyi Bаkı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, 34 (AFF Mall Biznes Mərkəzi) ünvanına təqdim edə bilərlər. Təkliflərə iyulun 11-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq. Xatırladaq ki, ötən il bu tenderin qalibi "Azəruçot" MMC-olub. Şirkətə 9,5 min manat ödənilib. Geri qayıt |