Əsas Səhifə > SİYASƏT > Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib20-06-2025, 11:01 |
Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla avstraliyalı həmkarı Penni Vonq arasında telefon danışığı aparılıb. Avstraliyanın xarici işlər naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi planları barədə məlumat verib və Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb, iki ölkə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr mexanizminin əhəmiyyətini vurğulayıblar. Geri qayıt |