Əsas Səhifə > Hadisə > İmişli rayonunda fərdi yaşayış evində yanğın baş verib.
İmişli rayonunda fərdi yaşayış evində yanğın baş verib.19-06-2025, 22:58 |
İmişli rayonunda fərdi yaşayış evində yanğın baş verib. Şəffaflıq,az-ın məlumatına görə, hadisə rayonun Əliqulular kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev qəfil alışıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Buna baxmayaraq ev tamamilə yanaraq kül olub. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |