Əsas Səhifə > Hadisə > Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib

Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib


19-06-2025, 16:48


Baş Prokuror Kamran Əliyevin əmri ilə bağlı Baş Prokurorluqda bəzi idarə rəisləri təyin edilib.

Şəffaflıq.az-ın xəbərinə görə, Abdullayev Natiq Saleh oğlu Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis, Həsənəliyev Fazil Əsgər oğlu Elm-Tədris mərkəzinin rəisi, Mahir Abbasov İstintaqa Nəzarət İdarəsinin rəis, Kazımov Ceyhun Sultan oğluDaxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis təyin edilib.

Qeyd edək ki, təyin olunan şəxslər əvvəllər başqa idarələrin rəisi olub.


Geri qayıt