Əsas Səhifə > SİYASƏT > Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq19-06-2025, 15:08 |
Bu gün azərbaycanlı zəvvarların növbəti, sabah isə son qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib. O deyib ki, bu gün özü ilə bərabər 170 nəfər zəvvar qayıdacaq. Onlar səhər saatlarında Bakıya çatacaqlar. V.Cahangiri qeyd edib ki, sonuncu zəvvar qrupu isə iyunun 20-si axşam saatlarında Vətənə dönəcək. Bu qrupda isə 190 nəfərin qayıdışı gözlənilir. Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşmüşdü. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edirdi. Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayrılmışdı. Şəffaflıq.az Geri qayıt |