Əsas Səhifə > SİYASƏT > Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək19-06-2025, 15:05 |
Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Minskdə keçiriləcək sammitinə getməyəcək. Şəffaflıq.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus xarici işlər naziri Maksim Rıjenkov bildirib. Qeyd edilib ki, o, tədbirə videobağlantı ilə qoşulacaq. "Aİİ-yə üzv ölkələrin bütün rəhbərləri, Ermənistan baş naziri istisna olmaqla, tədbirdə şəxsən iştirak edəcəklərini təsdiqləyiblər. Nikol Paşinyan forumda distant formatda - videobağlantı vasitəsilə iştirak edəcək", - XİN başçısı qeyd edib. Aİİ sammiti iyunun 26-27-də Belarusda keçiriləcək. Geri qayıt |