Əsas Səhifə > SİYASƏT > Ötən ay 40 nəfər Azərbaycana readmissiya olunub

Ötən ay 40 nəfər Azərbaycana readmissiya olunub


19-06-2025, 09:55


Ötən ay ərzində Dövlət Miqrasiya Xidməti (DMX) 40 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.

Bu barədə DMX-nin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.

Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində baş tutub.

Şəffaflıq.az


Geri qayıt