Əsas Səhifə > Gündəm > MSK deputatlığa namizədlərə xəbərdarlıq edib.-
MSK deputatlığa namizədlərə xəbərdarlıq edib.-31-01-2020, 17:30 |
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə 9 saylı Binəqədi seçki dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənova və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edilib. Şəffaflıq.az-ın xəbərinə görə, həmin dairədən namizədliyi Yeni Azərbaycan Partiyasından qeydə alınmış Kəmaləddin Qafarovun səlahiyyəti nümayəndəsi MSK-ya müraciət edərək bildirib ki, Kəmaləddin Qafarov seçicilərlə görüşən zaman Ülvi Həsənov və Mehman Hüseynov əvvəlcədən öyrədilmiş bir neçə nəfəri görüş yerinə gətirərək K.Qafarova qarşı kampaniya aparıblar. MSK müraciəti araşdıraraq qeyd olunanların həqiqətə uyğun olduğu qənaətinə gəlib. Müzakirələrdən sonra MSK Ülvi Həsənov və Mehman Hüseynova xəbərdarlıq etmək barədə qərara gəlib. Təklif səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, M.Hüseynov eyni zamanda 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Geri qayıt |