Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Almaniya XİN İranı İsrailə güzəştə getməyə çağırıb
Almaniya XİN İranı İsrailə güzəştə getməyə çağırıb18-06-2025, 16:30 |
Almaniyanın xarici işlər naziri Yohan Vadeful İran rəhbərliyinə müraciət edərək Tehranın nüvə silahı yaratmağa çalışmadığına inandırmağa və danışıqlara getmək əzmini nümayiş etdirməyə çağırıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə “Reuters” xəbər verib. "İran ağılla hərəkət etməlidir. Danışıqlar masasına oturmaq üçün heç vaxt gec deyil", - XİN rəhbəri bildirib. O, həmçinin İsrailin hərbi əməliyyatını dəstəkləyərək, Təl-Əvivin İranın nüvə silahı hazırlaması ilə bağlı narahatlıqlarının "tamamilə başadüşülən" olduğunu söyləyib. Geri qayıt |