Əsas Səhifə > SON XƏBƏR > Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək18-06-2025, 16:19 |
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıb. Şəffaflıq.az Stolüstü Tennis Federasiyasının mətbaut xidmətinə istinadən xəbər verir ki, milli üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, iyulun 5-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandasının bazası hesab olunur. Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Millinin üzvləri mütəmadi şəkildə Çində təşkil olunan anoloji hazırlıq proseslərinə qatılırlar. Geri qayıt |