Əsas Səhifə > BİZNES / MALİYYƏ > "Bazarstore" qiymət fərqinə görə cərimələnib
"Bazarstore" qiymət fərqinə görə cərimələnib18-06-2025, 14:47 |
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Bazarstore” MMC barəsində inzibati xəta protokolu tərtib edib. Bu barədə Şəffaflıq.az-a Agentlikdən məlumat verilib. Şirkətin məhsulu üzərindəki qiymətdən daha yüksək məbləğə satdığı aşkarlanıb və bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (Malın qiyməti üzrə istehlakçının az miqdarda aldadılması) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib. Geri qayıt |