Əsas Səhifə > MALİYYƏ > Dövlət Ehtiyatları Agentliyi auditor seçir
Dövlət Ehtiyatları Agentliyi auditor seçir18-06-2025, 14:01 |
Dövlət Ehtiyatları Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib. Şəffaflıq.az xəbər verir ki, tenderdə iştirak haqqı 155 manatdır. İddiaçılar təkliflərini iyulun 10-na qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 ünvanına təqdim edə bilərlər. Təkliflərə iyulun 10-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu tenderin qalibi "Nexia EA" QSC olub. Şirkətə 41,3 min manat ödənilib. Geri qayıt |