Əsas Səhifə > SİYASƏT > Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək


18-06-2025, 11:14


Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən döyüş sursatları iyunun 18-də saat 13:00-dan 17:00-dək təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Şəffaflıq.az


Geri qayıt