Əsas Səhifə > Hadisə > Sumqayıtda "Kalaşnikov" avtomatı və ov tüfəngi aşkarlanıb
Sumqayıtda "Kalaşnikov" avtomatı və ov tüfəngi aşkarlanıb18-06-2025, 10:23 |
Sumqayıt şəhərində silah-sursat aşkar olunub. Şəffaflıq.az xəbər verir ki, hadisə "Xəzər bağları" ərazisində qeydə alınıb. Ərazidən 1 ədəd 7,62 kalibrli “AKS” markalı “Kalaşnikov” avtomatı və 16 kalibrli, “TOZ-63” markalı ov tüfəngi tapılıb. Tapılan silahlar aidiyyatı üzrə təhvil verilib. Geri qayıt |