Əsas Səhifə > SON XƏBƏR > Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin komandası beynəlxalq turnirdə uğurlu çıxış edib
Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin komandası beynəlxalq turnirdə uğurlu çıxış edib17-06-2025, 15:13 |
Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət 3x3 basketbol üzrə komandası İsveçrənin Mies şəhərində keçirilmiş FIBA Open beynəlxalq turnirində uğurla çıxış edib. Bu barədə Şəffaflıq.az-a qurumdan məlumat verilib. Turnirdə ümumilikdə 14 Xüsusi Olimpiya komandası təmsil olunub. Yarışların ilk günü yoxlama oyunları keçirilib və bu matçların nəticələrinə əsasən komanda A qrupunda yer alıb. Yığma Fransanı (8:2), Niderlandı (5:3) və Finlandiyanı (5:4) məğlub edərək qrupun qalibi olub. Geri qayıt |