Əsas Səhifə > SİYASƏT > Rusiya İrandan vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdarlıq edib

Rusiya İrandan vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdarlıq edib


17-06-2025, 14:58


Rusiya vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsinin təmin edilməsində göstərdiyi köməyə görə Azərbaycana minnətdardır.

Şəffaflıq.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Tehranda olan bütün vətəndaşlarımızın təxliyə imkanı təmin edilir. Təxliyə Azərbaycanla sərhəddəki nəzarət-buraxılış məntəqəsinə həyata keçirilir. Azərbaycanlı dostlarımız da maksimum əlverişli şərait yaradırlar. Buna görə onlara çox minnətdarıq", - D.Peskov qeyd edib.

Onun sözlərinə görə, İrandan rusiyalıların təxliyəsi üzrə iş 24 saat davam edir.


Geri qayıt