Əsas Səhifə > REGİON > Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib

Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib


17-06-2025, 13:00


Ermənistan və Hindistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Subramanyam Cayşankar hindistanlı tələbələrin təxliyəsi məsələsini müzakirə ediblər.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsində yazıb.

"Ermənistan və Hindistanın xarici işlər nazirləri hindistanlı tələbələrin İrandan Ermənistan ərazisi ilə təxliyəsi imkanını müzakirə ediblər. Ermənistan müvafiq yardım göstərib", - o bildirib.

“Hindustan Times” qəzeti Hindistan XİN-ə istinadən xəbər verib ki, Tehranda olan hindistanlı tələbələr şəhərdən çıxarılıb.


Geri qayıt