Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Koronavirus Azərbaycanda – İki virus dayışıcısı Astaradan İrana keçib
Koronavirus Azərbaycanda – İki virus dayışıcısı Astaradan İrana keçib31-01-2020, 08:53 |
Azərbaycan rəsmiləri Çindən dünyaya yayılan koronavirusuna ölkəmizdə rast gəlinmədiyini bildirirlər. Bununla belə, İran və Gürcüstan mətbuatında yayılan bəzi məlumatlar rəsmilərimizin bu qədər arxayınlığına əsas vermir. İran mətbuatı Təbrizdə iki çinlinin koronavirusa yaxalanması şübhəsilə karantin altına alındığını yazıb. Çinlilərin İrana Azərbaycandan keçdiyi bildirilir. Mənbə: Iran Quarantines Two Chinese Suspected of Carrying VirusQeyd olunur ki, karantinə alınan 36 və 37 yaşlı Çin vətəndaşlarının özləri Təbrizdə qızdırma şikayətilə xəstəxanaya müraciət ediblər. İlkin müayinədə onlarda məlum virusun simptompları aşkarlanıb. Təbriz Tibb Universitetinin rektoru Məhəmmədhüseyn Sominin mətbuata verdiyi açıqlamaya görə, xəstələr ciddi nəzarətə götürülüb və xəstəxanaya yatırılıblar. Onların yanvarın 29-da Astara gömrük qapısından İrana keçdikləri vurğulanır. Eyni şəkildə Gürcüstanda da Azərbaycandan getmiş iki çinlinin karantin altında olduğu bildirilir. Koronavirusun yayıldığı Çinin Uhan əyalətində 10 azərbaycanlı tələbəmizin olduğu və onların Türkiyə tərəfindən ölkədən çıxarıcağı rəsmi Ankara tərəfindən də bildirilib. Bundan əlavə, Çində oxuyan 4 tələbənin Azərbaycana gəldiyini və xəstəxanlardan birində karantinə alındığı barədə xəbərlər də təsdiqlənib. Rəsmilərimiz onu da etiraf ediblər ki, Azərbaycanda artıq koronavirusla bağlı bu gün İşçi Qrupu yaradılıb. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirdiyinə görə, İşçi Qrupuna Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) kimi qurumların nümayəndələri daxildirlər. Qeyd edək ki, koronavirusunun karantin müddəti 14 gündür. Bu, həmin virusun inkubasiya müddəti ilə izah olunur. Bildirilir ki, koronavirus 14 gün ərzində insan bədənində böyüyüb ərsəyə gəlir. İlk dövrlər heç bir əlamət göstərməyən virus daşıyıcısının halı anidən şiddətlənir və ölümcül xəsarətlərə yol açır. Digər tərəfdən, Azərbaycan səhiyyə sisteminin vəziyyəti də hər kəsə bəllidir. Bir çox hallarda müayinə aparatlarının və pereparatların yetərsizliyi, həkimlərimizin təcrübəsizliyi bəzən sağlam insanlarımızı belə xəstəyə çevirir. Adi bir xəstəlik insan itkisi ilə nəticələnir. Yetərli səviyyədə olmayan səhiyyə sistemilə ölkəmizdə bu xəstəliyin yayılıb-yayılmamasını müəyyənləşdirmək xeyli mübahisəli görünür. Odur ki, Səhiyyə Nazirliyinin və digər rəsmi qurumlarımızın bütün israrlı təkziblərinə baxmayaraq, ortaya çıxan məlumatlar həmin koronavirusun Azərbaycana qədər gəldiyi barədə şübhələri artırır. Şəffaflıq.az Geri qayıt |