Əsas Səhifə > REGİON > Tehranı tərk edən 12 rusiyalı alim Bakıdan Moskvaya gedib

Tehranı tərk edən 12 rusiyalı alim Bakıdan Moskvaya gedib


17-06-2025, 09:57


İran-İsrail arasında münaqişənin gərginləşməsi səbəbindən Tehranı tərk etmək məcburiyyətində qalan 12 rusiyalı alim Bakıdan təyyarə ilə Moskvaya gedib.

Şəffaflıq.az TASS-a istinadən məlumatına görə, bunu A.M.Qorçakov

adına İctimai Diplomatiyaya Dəstək Fondunun mətbuat katibi Alena İsakova deyib.

"İyunun 12-dən 14-dək Tehranda baş tutan "BRİKS Təhsil Ekspedisiyası”nda iştirak edən Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun nümayəndə heyətinin 12 üzvü bu gün (dünən-red) Bakıdan Moskvaya gəlib. Onların geri qaytarılması Fondun koordinasiyası ilə aparılıb", - A.İsakova bildirib.


Geri qayıt