Əsas Səhifə > Hadisə > Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb16-06-2025, 11:03 |
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata əsasən, iyunun 14-də və 15-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Geri qayıt |