Əsas Səhifə > REGİON > KİV: İsrail Təbrizə yeni zərbələr endirib

KİV: İsrail Təbrizə yeni zərbələr endirib


14-06-2025, 13:04


İsrail Təbrizə yeni zərbələr endirib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə İranın Press TV telekanalı özünün "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"İsrailin zərbəsindən sonra İranın şimal-qərbində yerləşən Təbrizin səması üzərində tüstü qalxır", - partlayış görüntüləri ilə müşayiət olunan məlumatda deyilir.

Öz növbəsində, Mehr News bildirir ki, onun malik olduğu məlumatlara görə, İsrail hücumuna Təbriz neft emalı zavodunun ətrafındakı ərazi məruz qalıb.


Geri qayıt