Əsas Səhifə > İnfrastruktur > Binəqədi–Novxanı avtomobil yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Binəqədi–Novxanı avtomobil yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq


14-06-2025, 12:59


İyunun 14–16-da Binəqədi–Novxanı avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Şəffaflıq.az  bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Agentlik yolun bağlanmayacağını qeyd edir.

AAYDA səfərləri əvvəlcədən planlamağı və təmir aparılan ərazidə tətbiq olunacaq müvəqqəti hərəkət dəyişikliklərini nəzərə almağı tövsiyə edir.


Geri qayıt