Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İran İsrailin müttəfiqlərinin regional bazalarını vurmaqla hədələyib

İran İsrailin müttəfiqlərinin regional bazalarını vurmaqla hədələyib


14-06-2025, 12:57


İran rəsmi olaraq ABŞ, Fransa və Böyük Britaniyaya İsrailə qarşı daha genişmiqyaslı zərbələr endirəcəyini bildirib.

Bu barədə Şəffaflıq.az İranın “Mehr News” agentliyinin məlumatına istinadən xəbər verir.

“İranın İsrailə zərbələrinin dəf edilməsində iştirak edən istənilən ölkə şərik hesab olunacaq. Bu dövlətin bütün regional bazaları, o cümlədən Fars körfəzi ölkələrindəki hərbi obyektləri, Fars körfəzi və Qırmızı dənizdəki gəmi və hərbi gəmiləri İran Silahlı Qüvvələrinin hədəfinə çevriləcək”, - məlumatda deyilir.


Geri qayıt