Əsas Səhifə > MALİYYƏ > İqtisadi Elmi Tədqiqat İnstitutu auditor seçir
İqtisadi Elmi Tədqiqat İnstitutu auditor seçir14-06-2025, 12:32 |
İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu audit xidməti üçün kotirovka sorğusu elan edib. Şəffaflıq.az xəbər verir ki, kotirovkada iştirak haqqı 11 manatdır. Sorğuda iştirak etmək istəyənlər təkliflərini iyulun 2-si, saat 16:00-a qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, H.Zərdabi, 88a ünvanına təqdim edə bilərlər. Təkliflərə həmin gün, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. İqtisadi Elmi Tədqiqat İnstitutu Prezident İlham Əliyevin 26 iyun 2021-ci il tarixli “İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” fərmanına dəyişikliklə bağlı imzaladığı sərəncama əsasən nazirliyin tabeliyindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əsasında yaradılıb. Geri qayıt |