Əsas Səhifə > Hadisə > Beyləqanda bazarda baş vermiş yanğın zamanı 3 nəfər xəsarət alıb, 16 nəfər tüstüdən zəhərlənib
Beyləqanda bazarda baş vermiş yanğın zamanı 3 nəfər xəsarət alıb, 16 nəfər tüstüdən zəhərlənib14-06-2025, 11:20 |
Gecə saatlarında Beyləqan rayonun bazarında baş verən yanğın zamanı xəsarət alan və tüstüdən zəhərlənənlər olub. "Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, yanğının söndürülməsinə cəhd edən şəxslərdən 2004 - cü il təvəllüdlü Şirinzadə Məhəmməd Mehman sol ayağın 1-ci barmağının kəsilmiş yarası, 1984 - cü il təvəllüdlü, Səfərov Dəyanət Taleh oğlu sol biləyin kəsilmiş - cırılmış yarası, Hacızadə Sənay sol qolun mismarla cırılmış yarası ilə xəsarət alıblar. 2005-ci il təvəllüdlü Əlizadə Rəşad Habil oğlu, 1972-ci il təvəllüdlü Behbudova Şəfiqə Əsgər qızı, 1995 - ci il təvəllüdlü 1992-ci il təvəllüdlü Hazırda faktla bağlı aidiyyatı qurumların araşdırması aparılır. 03:28 Beyləqan şəhərində bazarda baş vermiş yanğın tam söndürülüb. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib. “Beyləqan şəhərində bazar ərazisində bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb”, – qurumun mətbuat xidməti diqqətə çatdırıb. 03:00 Beyləqan şəhərində bazarda baş vermiş yanğın məhdudlaşdırılıb. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib. “Beyləqan şəhəri bazar ərazisində yerləşən bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən daha böyük sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb”, – məlumatda qeyd olunub. Hazırda yanğının tam söndürülməsi və yanan mağazalarda yerləşən malların təhlükəsiz əraziyə daşınması işləri davam etdirilir. 02:30 Beyləqan şəhərindəki yanğının söndürülməsinə Füzuli, İmişli, Ağcabədi və Saatlı rayonlarının yanğından mühafizə hissələrinin qüvvələri də cəlb edilib. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib. “Əməliyyat şəraitinə uyğun olaraq Beyləqan, Füzuli, İmişli, Ağcabədi və Saatlı rayonlarının yanğından mühafizə hissələrinin qüvvələri cəlb edilməklə yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir”, – məlumatda vurğulanıb. 01:32 Beyləqanda bazar ərazisində yanğın olub. Bu barədə Şəffaflıq.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. “Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan şəhərində bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub”, – məlumatda vurğulanıb. Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Geri qayıt |