Əsas Səhifə > SİYASƏT > “Bu, Qarabağın qaytarılmasından sonra mümkündür” – Kurqinyandan XƏBƏRDARLIQ
“Bu, Qarabağın qaytarılmasından sonra mümkündür” – Kurqinyandan XƏBƏRDARLIQ30-01-2020, 13:07 |
“Ermənistan hökumətinin siyasi oriyentasiyanı ABŞ-a doğru dəyişməsi Qarabağ üçün ölümcül son hazırlayır”. Şəffaflıq.az publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq, “Vaxtın mahiyyəti” hərəkatının lideri Sergey Kurqinyan deyib. Kurqinyan Dağlıq Qarabağ münaqişəsinin SSRİ-nin dağılmasına təsirini xatırladıb. “Qarabağda hadisələr başlayanda mən bunun imperiyanın dağılmasının başlanğıcı olduğunu anlayırdım. Bu barədə xəbərdarlıq edirdim və bildirirdim ki, bu hadisələri körükləyən alçaqlar nəticədə Qarabağı məhv edəcəklər. Mən haqlı çıxdım. “İttifaq ölüdür” deyən Levon Ter-Petrosyan Qarabağı qaytarmağa hazırlaşırdı. İndi bu siyasəti Nikol Paşinyan həyata keçirir. Onun Amerikapərəst siyasəti Qarabağ üçün “ölümü” hazırlayır”, - o bildirib. Kurqinyan hesab edir ki, təhlükəsizlik məsələsində ABŞ-a bel bağlamaq Ermənistanın sonunu gətirəcək: “Fantastik görünən NATO-ya giriş hədəfi belə Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından sonra mümkün ola bilər. Çünki Cənubi Qafqaz heç kimə hissə-hissə lazım deyil. Ermənistan üçün yeganə çıxış yolu Rusiya imperiyasının yanında olmaqdır”. Geri qayıt |