Əsas Səhifə > Hadisə > Masallıda avtomobil piyadanı vuraraq öldürüb

Masallıda avtomobil piyadanı vuraraq öldürüb


13-06-2025, 11:21


Masallı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Masallı rayonu ərazisində qeydə alınıb.

Lerik rayonunun Pirasora kənd sakini, 1959-cu il təvəllüdlü Teyyub Balağa oğlu Bağırov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçən piyadanı vurub. Piyada hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.



Geri qayıt