Əsas Səhifə > MALİYYƏ > “Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7 %-dən çox ucuzlaşıb
“Boeing”in səhmləri Hindistanda baş verən təyyarə qəzasından sonra 7 %-dən çox ucuzlaşıb12-06-2025, 15:20 |
“Boeing” konserninin səhmləri iyunun 12-də ticarət sessiyası zamanı 7 %-dən çox ucuzlaşıb. Şəffaflıq.az “News18” telekanalına istinadən xəbər verir ki, bu, Londona uçan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” tipli təyyarənin Əhmədabadda qəzaya uğramasından sonra baş verib. Yerli vaxtla saat 15:26-ya olan məlumata görə, "Boeing"in səhmləri 7,72 % azalaraq 197,58 ABŞ dolları təşkil edib. Qeyd edək ki, təyyarə qəzası nəticəsində 133 nəfər həlak olub. Geri qayıt |