Əsas Səhifə > SİYASƏT > Azərbaycan "İnterviziya" beynəlxalq müsabiqəsində iştirak edəcək

Azərbaycan "İnterviziya" beynəlxalq müsabiqəsində iştirak edəcək


12-06-2025, 13:27


Azərbaycan 2025-ci il sentyabrın 20-də Moskvada keçiriləcək "İnterviziya" beynəlxalq mahnı müsabiqəsinin iştirakçı ölkələrinin siyahısına daxil edilib.

Bu barədə "Şəffaflıq.az" TASS-a istinadən xəbər verir.

Müsabiqədə 20 ölkənin nümayəndəsi iştirak edəcək. Azərbaycandan başqa, Rusiya, Belarus, Venesuela, Vyetnam, Misir, Hindistan, Qazaxıstan, Qətər, Çin, Kolumbiya, Kuba, Qırğızıstan, BƏƏ, Səudiyyə Ərəbistanı, Serbiya, ABŞ, Tacikistan, Özbəkistan və Cənubi Afrika Respublikası iştirakını təsdiqləyib.


Geri qayıt