Əsas Səhifə > Dünya > Ruslar İdlibi qana boyadı: 10 SURİYALI ÖLDÜ
Ruslar İdlibi qana boyadı: 10 SURİYALI ÖLDÜ30-01-2020, 12:45 |
Şəffaflıq.az xəbər verir ki, Rusiya qırıcılarının Suriyanın İdlib şəhərinin cənubundakı Eriha bölgəsində bir xəstəxana və çörək sexini hədəfə aldığı hücumlar nəticəsində 10 nəfər dinc sakin həlak olub, 37 nəfər mülki şəxs yaralanıb. Məlumatı İdlibdə hökumətə qarşı döyüşən müxaliflərin müşahidə evi yayıb. Mülki Müdafiə (Ağ Beretlilər) təşkilatının mənbələrinin verdiyi xəbərə görə, ölənlərdən 4 nəfəri xəstəxanaya hücum zamanı həlak olub. Yaralılar olduğu üçün ölənlərin sayı arta bilər. İdlib 2015-ci ildən bəri müxaliflərin nəzarəti altındadır. Rusiyanın Türkiyə ilə birlikdə imzaladığı 2018-ci il 17 sentyabr tarixli Soçi müqaviləsindən sonra da hücumlara davam edir. 2017-ci ildə Türkiyə, Rusiya və İranın iştirak elədiyi 4-5 may tarixli Astana sammitində İdlib və ona qonşu rayonlarda, həmçinin Suriyanın bir sıra digər vilayətlərində 4 ədəd Gərginliyi Azaltma Bölgəsi yaradıldı. İdlib Gərginliyi Azaltma Bölgəsini hədəfə alan Rusiya, İranın dəstəklədiyi qüvvələr və Suriyanın öz silahlı qüvvələrinin hücumları təkcə 2019-cu il başlanandan bəri təqribən 1 milyon 300 min nəfərin Türkiyə ilə həmsərhəd ərazilərə köçməsinə səbəb olub. Bombardmanlarda 1600-dən artıq dinc sakin ölüb. Geri qayıt |