Əsas Səhifə > MALİYYƏ > “Aqrar Tədarük və Təchizat” auditor seçib
“Aqrar Tədarük və Təchizat” auditor seçib12-06-2025, 11:00 |
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. Şəffaflıq.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Abacus Audit And Consulting" MMC-dir. Qalib şirkətə 8,3 min manat ödəniləcək. Ötən il bu sorğunun qalibi "HLB Azərbaycan" MMC olub. Şirkətə 18 min manat ödənilib. Geri qayıt |