Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Bahar Muradova: Azad edilən ərazilərə qayıdış ailə institutunun dirçəlməsinə böyük imkan yaradıb Sosial müdafiə
Bahar Muradova: Azad edilən ərazilərə qayıdış ailə institutunun dirçəlməsinə böyük imkan yaradıb Sosial müdafiə12-06-2025, 10:47 |
Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərə qayıdış ailə institutunun dirçəldilməsinə böyük imkan yaradıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasında danışıb. O qeyd edib ki, 2615 ailə, yəni 10 233 vətəndaşın işğaldan azad edilmiş ərazilərə köçürülməsi baş tutub: “2026-cı ilin sonuna qədər 34 500 ailənin, 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulub”. B.Muradova vurğulayıb ki, ailə türk coğrafiyasında sədaqət, fədakarlıq və şərəfin simvoludur. “Bugünkü foruma toplaşan ailələr və eyni dəyərlərlə yoğrulan gənclər ortaq gələcəyimiz barədə fikirləşdikcə gələcəyimiz möhkəm dayaq üzərində formalaşacaq. Gənc ailələrin ortaq dəyərlər üzərində dialoq aparması üçün bu forum unikal platformadır. Biz ailə təməllərini möhkəmləndirmək üçün erkən evliliklər, boşanmalar və digər məsələlərlə bağlı mexanizmlərimizi möhkəmləndirmişik. Dəyərlərimizə yad olan məsələlərin cəmiyyətimizə inteqrasiyasının qarşısını almalıyıq”, - o vurğulayıb. Geri qayıt |