Əsas Səhifə > REGİON > KİV: Rusiya ən bahalı təyyarələrini Ukraynanın hədəfindən uzaqlaşdırır
KİV: Rusiya ən bahalı təyyarələrini Ukraynanın hədəfindən uzaqlaşdırır12-06-2025, 10:40 |
Ukrayna pilotsuz uçuş aparatlarının aerodromlarına hücumundan sonra Rusiya ən bahalı hərbi təyyarələrini bu ölkənin hədəfindən uzaqlaşdırıb. Şəffaflıq.az ın "The Telegraph"a istinadən verdiyi xəbərə görə, iki "Tu-160" strateji bombardmançı və raket daşıyıcısı cəbhə xəttindən 6 min km-dən çox məsafədə yerləşən uzaq “Anadır” aviabazasına köçürülüb. Nəşr qeyd edib ki, aerodrom Alyaskadan təqribən 660 km aralıda, yaşayış olmayan Çukotka yarımadasında yerləşir. Aerodrom “soyuq müharibə” dövründə - Rusiyanı ABŞ-nin potensial hücumlarından qorumaq üçün yaradılıb. "Tu-160" səsdən sürətli bombardmançı təyyarələri nüvə silahı daşıya bilir və Rusiya arsenalında ən bahalısıdır, hər birinin qiyməti təxminən 500 milyon dollardır. Müqayisə üçün, Amerika bombardmançı donanmasının əsasını təşkil edən “B-52 Stratofortress” təxminən 94 milyon dollar dəyərində qiymətləndirilir", - müəlliflər vurğulayırlar. Rusiyada ümumilikdə 16 belə təyyarənin istismarda olduğu bildirilir. Eyni zamanda, Ukrayna bildirib ki, həmin “Tu-160”ların bəziləri “Hörümçək toru” əməliyyatı çərçivəsində, iyunun 1-dəki hücum zamanı zədələnib. Geri qayıt |