Əsas Səhifə > HƏRBİ > Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib11-06-2025, 14:24 |
Hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra ediblər. Bu barədə "Şəffaflıq.az"-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə praktiki uçuşlar yerinə yetirilib. Hərbi pilotlar təyyarələrdə qalxma və enmə, eləcə də aşağı və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər. Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən uçuşlar zamanı yüksək peşəkarlıq nümayiş etdirilib. Geri qayıt |