Əsas Səhifə > EKOLOGİYA > Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ


11-06-2025, 14:06


Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında iyunun 12-15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

"Şəffaflıq.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.


Geri qayıt