Əsas Səhifə > REGİON > “Qüdsün İsrailə verilməsi qəbuledilməzdir” - Türkiyə Prezidenti

“Qüdsün İsrailə verilməsi qəbuledilməzdir” - Türkiyə Prezidenti


29-01-2020, 22:32

 

“Qüds müsəlmanların müqəddəs şəhəridir. Qüdsün İsrailə verilmə planı qəbuledilməzdir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, ABŞ tərəfindən hazırlanmış Yaxın Şərq sülh planının sülhə və münaqişənin həllinə xidmət etməyəcəyini qeyd edib.

“Bu, fələstinlilərin haqlarının nəzərə alınmaması və İsrailin işğalını legitimləşdirməkdir”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib. Tramp bildirib ki, Qüds İsrail dövlətinin bölünməz paytaxtı olaraq qalacaq.

Şəffaflıq.az
Geri qayıt