Əsas Səhifə > FUTBOL > Xabi Alonso "Real"ın yetirməsini komandada görmək istəmir

Xabi Alonso "Real"ın yetirməsini komandada görmək istəmir


11-06-2025, 13:49

İspaniyanın "Real" klubu futbolçusu Alvaro Rodrigeslə yollarını ayırmaq qərarına gəlib.

"Şəffaflıq.az" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu baş məşqçi Xabi Alonsonun planlarına daxil deyil.

Hətta o, qarşıdan gələn klublararası dünya çempionatı üçün heyətdə yer almayacaq.

Qeyd edək ki, Alvaro Rodriges ötən mövsüm icarə əsasında "Xetafe"də çıxış edib və 26 matçda meydana çıxıb. "Real"ın yetirməsi 2022/2023 mövsümündə əsas komandada debüt edib.



Geri qayıt